Rusiyaya doğru aerokosmik hücum silahlarının buraxılması ilə bağlı etibarlı məlumat nüvə reaksiyasına səbəb olacaq.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının nüvədən çəkindirmə üzrə daimi iclasında deyib.
“Rusiyanın nüvə silahından istifadəyə keçməsi üçün şərtlər açıq şəkildə göstərilib. Aerokosmik hücum silahlarının kütləvi şəkildə buraxılması və onların dövlət sərhədimizdən keçməsi barədə etibarlı məlumat əldə etdikdən sonra biz bu imkanı nəzərdən keçirəcəyik”, - deyə dövlət başçısı qeyd edib.
Putin qeyd edib ki, aerokosmik hücum dedikdə taktiki və strateji təyyarələr, qanadlı raketlər, pilotsuz uçuş aparatları, hipersəs və digər təyyarələr nəzərdə tutulur.