Ermənistan BMT-nin və Baş Katib Antonio Quterreşin regionda sülh və sabitliyin təmin edilməsi səylərində göstərdiyi dəstəyi yüksək qiymətləndirir.
"Unikal" xəbər verir ki, baş nazir Nikol Paşinyan Nyu-Yorkda Quterreşlə görüşündə belə deyib.
Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, görüşdə regiondakı vəziyyət və cari proseslərlə bağlı məsələlər müzakirə olunub.
Paşinyan Azərbaycanla sülh müqaviləsi və Ermənistanın “Dünyanın kəsişməsi” təşəbbüsü mövzusuna da toxunub.
BMT-nin baş katibi öz mandatı çərçivəsində Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsinə töhfə verməyə hazır olduğunu bildirib.