Bütün dünyada “Uğurlu uşaq” kimi tanınan Semi Qrinerin 18 yaşı tamam olub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 2007-ci ildə 11 aylıq olarkən anasının "Flickr"a yüklədiyi foto ilə tanınan Qrinerin saçlarını uzatdığı və uşaqlıqdakı görünüşündən çox dəyişmədiyi görünüb.

İstifadəçilər Saminin hələ də şirin olduğunu və illər ərzində dəyişmədiyini bildiriblər. Saminin fotosu internetdə ən populyar platformalardan biri olan "Reddit"də saysız-hesabsız fotoşop işlərindən ilham alıb.