27 sentyabr 2024-cü il tarixdə Ağdam Dövlət Dram Teatrında Lənkəran Dövlət Dram Teatrının yaradıcı heyəti tərəfindən rejissor Anar Babanlının müəllifi olduğu “Haqqın 44 günü" adlı tamaşa-kompozisiya nümayiş olunub.
"Unikal" xəbər verir ki, Vətən müharibəsində 44 gün ərzində qazanılmış böyük zəfərimizə həsr olunmuş tamaşanı Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri izləyiblər.
Tamaşada müzəffər ordumuzun yüksək əhvali-ruhiyyəsi ilə 30 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızın cəmi 44 günə düşmən tapdağından xilas edilməsi təsirli səhnələrlə təsvir olunub.