Gəncədə 44 yaşlı kişi bıçaqlanıb.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin AKTA 6 adlanan yaşayış massivində baş verib.

1980-ci il təvəllüdlü Polad Rzayev qolunun kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə ilkin tibbi yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. 44 yaşlı kişinin hansı səbəbdən bıçaqlanması məlum deyil.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov