27 sentyabr Anım Günü Yasamal rayonunda geniş qeyd edilib.
"Unikal" xəbər verir ki, bununla əlaqədar Yasamal rayon ictimaiyyəti Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə ehtiram əlaməti olaraq öncə Yasamal rayon şəhidlərinin Xatirə Kompleksi önündə toplaşdılar.
Burada şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, kompleks önünə gül dəstələri qoyuldu. Daha sonra 2-ci Fəxri Xiyabanda şəhidlərimizin məzarları ziyarət edildi.
Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, millət vəkilləri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri,Yasamal bələdiyyəsinin, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və qazilər iştirak ediblər. Burada şəhidlərin ruhuna dualar oxunub, məzarları önünə gül dəstələri qoyulub. Şəhidlərimizin xatirəsi yad edilib.
Bunun ardınca Təzə Pir məscidində ehsan süfrəsi açıldı.Ehsan süfrəsində Qurandan dualar oxundu, şəhidlərimizin əziz xatirəsi yad edildi.Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhid ailələrinin üzvləri il söhbət etmiş, onların qayğı və problemləri ilə maraqlanmışdır. Günün sonunda Yasamal rayon ictimaiyyəti paytaxtımızdakı Zəfər parkını ziyarət etmiş, parkın girişi önünə gül dəstələri düzmüş, şəhidlərin əziz xatirəsini ehtiramla anmışlar.