Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyasının ilk iclası keçirilib. İclasda komitələrin sədrləri, sədr müavinləri və üzvləri seçiliblər.
"Unikal"ın məlumatına görə, Naxçıvanın keçmiş ombudsmanı Ülkər Bayramova Ali Məclisin Humanitar siyasət komitəsinin sədri olub. O eyni zamanda İntizam komissiyasında da təmsil olunacaq.
Ü.Bayramova bundan əvvəl Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzinin direktoru idi. O, 2006 və 2013-cü illərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib.
Anar Kəlbiyev