Yaponiyanın keçmiş müdafiə naziri, ölkənin hakim Liberal Demokrat Partiyasının (LDP) rəhbəri seçilən Siqeru İsiba rəsmi olaraq ölkənin baş naziri təyin olunub.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin "Kyodo" agentliyi məlumat yayıb.
"İsiba parlamentin aşağı palatasında Yaponiyanın baş naziri seçilib", - məlumatda deyilir.
Bundan əvvəl Fumio Kişidanın başçılıq etdiyi Yaponiya hökuməti bütövlükdə istefa verib. İsiba sentyabrın 27-də keçirilən seçkilərdən sonra hakim Liberal Demokrat Partiyasının sədri olub. O, təqdim olunan bütün namizədlər arasında ən populyarı idi.
Gülayə Mecid