Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Avropa İttifaqının “Erasmus+” proqramı üzrə baş tutan mobillik həftəsində Türkiyənin Eskişehir Osmanqazi Universiteti (ESOGÜ) akademik heyətlə təmsil olunub.
"Unikal" xəbər verir ki, mobillik həftəsində Biznes idarəçiliyi fakültəsinin əməkdaşları və Menecment kafedrasının müdiri.i.ü.f.d.,dos. Camal Hacıyev və Türkiyənin Eskişeher Osmanqazi Universitetinin təmsilçiləri- dosent Seher Gülşah Sekmen, dosent Taner Sekmen arasında keçirilən görüş zamanı universitetlərarası qarşılıqlı akademik əlaqələrin,o cümlədən elmi əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi istiqaməti diqqətdə saxlanılıb. Universitetin Sosial menecment fakültəsinin dekanı siyasi elmlər doktoru Kənan Allahverdiyev, dekan müavini i.ü.f.d., Sabir Quluzadə, Beynəlxalq münasibətlər kafedrasının müdiri s.ü.f.d.,Cənnətxan Eyvazov, ESOGU-nun təmsilçiləri - dosent Mustafa Yetim və dosent Tamer Kaşıkçının iştirak etdiyi daha bir görüşdə akademik heyət üzvlərinin mübadiləsi, təhsil proqramlarının qarşılıqlı tanınması,müştərək elmi tədqiqat layihələrinin işlənib hazırlanması məsələlərinə münasibət bildirilib.
Tədbirin keçirildiyi həftəboyu ATMU-nun müvafiq ixtisas tələbələrindən ötrü “Türkiyə və Azərbaycanın təhsil modelləri”, “İdarəetmə strategiyaları”, eyni zamanda “Beynəlxalq münasibətlər”adlı mövzularda mühazirə saatları təşkil olunub.
Avropa İttifaqının ”Erasmus+” proqramı üzrə baş tutan mobillik həftəsinin iştirakçıları sertifikatla mükafatlandırılıb.