İranən Sistan və Bəluçistan əyalətinin Nikşəhr bölgəsində SEPAH və yarıhərbi radikal “Bəsic” qüvvələrinin üzvlərinə silahlı basqın törədilib.
"Unikal" xəbər verir ki, bu barədə "Azad" teleqram kanalı məlumat yayıb. Bildirilir ki, hadisə nəticəsində 6 nəfər ölüb.
Öldürülənlər arasında Nikşəhr Şəhər Şurasının sədri Yusif Şirani, SEPAH komandiri Pərviz Kədxodayi, eləcə də “Bəsic” üzvlərindən Mocib Bəluçi və Seyid Cavad Sadati olub.
Basqın zamanı bir neçə nəfərin də yaralandığı bildirilib. Hələlik silahlı hücumun hansı qruplaşma tərəfindən edildiyi bəlli deyil.