Xaçmaz rayonunda intihar hadisəsi baş verib.

"Unikal"ın Şimal bürosunun məlumatına görə, rayon sakini, 2004-cü il təvəllüdlü Əliyeva Səbinə Camal qızı özünü yaşadığı evin həyətində, yardımçı tikilidən asaraq intihar edib.

S.Əliyevanın meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Onun iki azyaşlı uşağı olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır. 

Xanlar Qaraca