İran ən qısa zamanda İsrailə raket hücumu həyata keçirəcək.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ağ Evin yüksək rütbəli rəsmisinə istinadən məlumat yayılıb.
“Biz İsraili bu hücumdan qorumaq üçün müdafiə hazırlıqlarını fəal şəkildə dəstəkləyirik. İranın İsrailə birbaşa hərbi hücumu İran üçün ciddi nəticələrə səbəb olacaq”, - deyə mənbə bildirib.
ABŞ, həmçinin, İsraili bu hücumdan müdafiə etmək üçün hazırlıqları fəal dəstəklədiyini qeyd edib və İranın İsrailə birbaşa hərbi hücumunun Tehran üçün ciddi nəticələrə səbəb olacağını vurğulayıb. Vaşinqtonun məlumatına görə, hücum üçün ballistik raketlərdən istifadə olunacaq.
İsrail ordusunun sözçüsü Daniel Həqari İsrailin ABŞ-dən xəbərdarlıq aldığını, lakin hazırda İrandan təhdid əlamətinin olmadığını təsdiqləyib.
“The New York Times” yazıb ki, İran hava qaraldıqdan sonra yaxın 12 saat ərzində İsraili vuracaq.