Oktyabrın 1-i axşam saatlarında İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK, İran Silahlı Qüvvələrinin elit bölmələri) ballistik və hipersəs raketləri ilə İsrailə kütləvi hücuma keçib.
"Unikal" xəbər verir ki, yəhudi dövlətinin bütün ərazisində hava hücumu xəbərdarlığı elan edilib.
Tehran hücumu İsrailin Livanın "Hizbullah" qruplaşması və Fələstin HƏMAS-ın hədəflərinə endirməsi, eləcə də onların liderlərinin ölümündə günahlandırıb.
İran bildirir ki, hücumun hədəflərinə çatılıb. İİKK iddia edir ki, raketlərin 90%-i nəzərdə tutulan hədəfləri uğurla vurub. Xüsusilə, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Baqirinin sözlərinə görə, Tehran İsrail Hərbi Hava Qüvvələrinin iki bazasına və Mossad qərargahına, həmçinin hava hücumundan müdafiə radarlarına və İsrail tanklarının çoxluqlarına hücum edib.
İsrail İranın 180-ə yaxın raket atdığını və onların əksəriyyətinin tutulduğunu bildirib. IDF İranın hücumunun İsrail Hərbi Hava Qüvvələrinin döyüş qabiliyyətinə zərər vermədiyini iddia edir. İsrail mediası bu hücumu tarixin ən böyük hücumu adlandırıb.
Gülayə Mecid