"İran İsrailə hücum zamanı yüksək texnologiyalı raketlərdən istifadə etməyib".

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bunu İranın müdafiə naziri Əziz Nəsirzadə deyib.

O, İranın hücum zamanı raket potensialının yalnız bir hissəsini göstərdiyini və İsraildən yeni təhdid yaranacağı təqdirdə bütün imkanlarını ortaya qoymağa hazır olduğunu bildirib. 

Nəsirzadə, həmçinin, hücumun raket potensialının yalnız bir hissəsini göstərdiyini və onun digər komponenti olan yüksək texnologiyalı və ölümcül raketlərdən istifadə olunmadığını qeyd edib.

Zərifə Nağıyeva