Gürcüstan prezidenti Salome Zurabişvili respublikada LGBT təbliğatını qadağan edən qanunu imzalamaqdan imtina edib.
"Unikal" xəbər verir ki, bu barədə Zurabişvilinin administrasiyası məlumat yayıb.
"Prezident LGBT təbliğatını qadağan edən qanunu imzalamadı. Eyni zamanda, o, qanuna veto qoymadı. O, sadəcə olaraq qanunu imzalamadı və parlamentə qaytardı", - məlumatda qeyd olunub.
Administrasiya xatırladıb ki, Gürcüstan qanunvericiliyi müvafiq proseduru nəzərdə tutur.
Sentyabrın 17-də Gürcüstan parlamenti üçüncü yekun oxunuşda LGBT təbliğatına qarşı qanunu qəbul edib. Parlamentin 84 deputatı müvafiq qanun layihəsinin qəbul edilməsinə yekdilliklə səs verib. Qanun layihəsi prezident Salome Zurabişvili tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək. Lakin müxalifət qanun layihəsinə səsvermədə iştirak etməyib.
Gülayə Mecid