Oktyabrın 2-də Gürcüstan-Ermənistan sərhədində zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanlar 4,3 bal gücündə olub. Zəlzələ ətraf rayonlarda da hiss olunub.

Dağıntı və tələfat barədə məlumat verilmir.