Seneqal millisinin baş məşqçisi Aliu Sisse vəzifəsindən ayrılıb.
"Unikal" xəbər verir ki, məlumatı Seneqal Futbol Federasiyası yayıb.
Yığma hədəfinə çata bilmədiyi üçün sözügedən ölkənin İdman Nazirliyi 48 yaşlı mütəxəssislə müqavilə yeniləməyib.
Qeyd edək ki, Sisse 2015-ci ildən milliyə başçılıq edirdi. Seneqal seçməsi onun rəhbərliyi altında 2021-ci ildə Afrika Millətlər Kubokunun qalibi olub.