Rusiya Fövqəladə Hallar Nazirliyinin xüsusi qrupu Beyrutdan 60 rusiyalını - Livanda xidmət edən diplomatik işçilərin ailə üzvlərini təxliyə edib.

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Rusiya səfirliyinin əməkdaşlarının ailə üzvləri humanitar yardımı boşaldandan sonra İl-76 təyyarəsinə miniblər. Uçuş zamanı onları Fövqəladə Hallar Nazirliyinin psixoloqları və həkimləri müşayiət edib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təxliyə Rusiya prezidenti Vladimir Putinin göstərişinə əsasən və Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkovun tapşırığına əsasən həyata keçirilir. 

Qeyd edək ki, oktyabrın 3-də Fövqəladə Hallar Nazirliyinin təyyarəsi Beyruta 33 ton humanitar yardım - ərzaq, dərman, ilkin tələbat malları və 80 kVt gücündə elektrik avadanlıqları çatdırıb.

Ağarza Elçinoğlu