Türkiyənin “Beşiktaş” klubunun azarkeşləri Avropa Liqasının ümumi mərhələsinin III turunda Fransa “Lion”u ilə səfər oyununa buraxılmayacaq. Bu barədə “RMC Sport” agentliyi məlumat yayıb.
"Unikal" xəbər verir ki, xuliqanlıqla mübarizə üzrə milli idarə “Lion”la “Beşiktaş” arasında gözlənilən görüşü çox riskli hesab edib. Türkiyə klubunun azarkeşlərinə, həmçinin Lionun mərkəzində və şəhər ətrafında ödənişli yollarda avtomobil sürmək qadağan olunacaq. Fransa Daxili İşlər Nazirliyi tezliklə müvafiq əmr dərc etməlidir.
“Lion” – “Beşiktaş” matçı oktyabrın 24-nə planlaşdırılıb. Fransa klubu ilk turda öz meydançasında Yunanıstanın "Olimpiakos"una 2:0 hesabı ilə qalib gəlib, “Beşiktaş” isə səfərdə Niderlandın "Ayaks" komandasına 0:4 hesabı ilə uduzub.