Boliviyanın keçmiş prezidenti Evo Morales haqqında yetkinlik yaşına çatmayan uşağa təcavüz etmək ittihamı ilə istintaq başladılıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Sezar Siles məlumat yayıb.
Siles izah edib ki, eks-prezident 8 il əvvəl 15-16 yaşında qıza təcavüz edib. Yerli mətbuat hesab edir ki, qız 2014-cü ildə yaradılan “Generation Evo” gənclər təşkilatının üzvü olub.
Morales özü ona qarşı irəli sürülən bütün ittihamları rədd edərək, onları siyasi fəaliyyəti ilə əlaqələndirib. Onun sözlərinə görə, bütün neoliberal hökumətlər onu təqib edib, həbsə atmağa cəhd ediblər. 2025-ci ildə o, ölkə prezidentliyi uğrunda mübarizə aparmağı planlaşdırır.
Gülayə Mecid