Rusiya övladı olmayan vətəndaşlar üçün vergi tətbiq etməlidir.
"Unikal" xəbər verir ki, bu fikri Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Qurulev deyib.
Onun fikrincə, vergi vasitəsilə toplanan vəsait kimsəsiz və uşaq evlərinə dəstək üçün istifadə oluna bilər.
"Bu həyatda insandan nə qalır? Birincisi ad, ikincisi uşaqları", - deyə Qurulev bildirib.
O, uşaq sahibi olmaq istəməyən rusları incitmək fikrində olmadığını da vurğulayıb. Deputat sovet dövründə ata olmadan əvvəl özünün uşaqsızlığa görə vergi ödədiyini xatırladıb və bununla bağlı heç bir mənfi emosiya yaşamadığını qeyd edib.
Ağarza Elçinoğlu