Həkim sirrini təşkil edən məlumatın vətəndaşın, yaxud onun qanuni nümayəndəsinin razılığı olmadan verilə biləcəyi daha bir hal müəyyənləşir.
"Unikal"ın xəbərinə görə, bu, Milli Məclisin Səhiyyə komitəsində müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə edilən "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, icbari tibbi sığortanın təmin edilməsi məqsədilə sığorta hadisəsi baş verdikdə həkim sirrini təşkil edən məlumat vətəndaşın, yaxud onun qanuni nümayəndəsinin razılığı olmadan verilə bilər.