Şimali Koreya lideri Kim Çen In bəyan edib ki, Cənubi Koreya ölkəsinin suverenliyini pozan silahlı qüvvələrdən istifadə etməyə cəhd edərsə, onlar nüvə silahından istifadə edəcəklər.
"Unikal" xəbər verir ki, bu barədə Şimali Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Bildirilir ki, Kim oktyabrın 2-də xüsusi əməliyyat qüvvələrinə bağlı bölməyə baş çəkib. Kim səfər zamanı etdiyi çıxışında qeyd edib ki, Cənubi Koreya ölkəsinin suverenliyini pozan silahlı qüvvələrdən istifadə etməyə cəhd edərsə, ordusu “nüvə silahı da daxil olmaqla, malik olduğu bütün hücum qüvvələrindən çəkinmədən istifadə edəcək”.
Cənubi Koreya lideri Yoon Suk Yeol oktyabrın 1-də deyib ki, “Şimali Koreyanın nüvə silahından istifadə cəhdi Kimin hökumətinin sonu olacaq, çünki Kim Cənubi Koreya-ABŞ ittifaqının “həlledici və böyük cavabı” ilə üzləşəcək.