Ukrayna prezidenti Volodimir Zelenskinin ofisi Müdafiə Nazirliyinin rəhbəri Rüstəm Umerov, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskinin, Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun vəzifəsindən azad edilməsi imkanını müzakirə edir.
"Unikal" xəbər verir ki, bu barədə “Forbes-Ukrayna” yazır.
Nəşrin məlumatına görə, Volodimir Zelenski ilə münaqişəyə görə Budanovu yaxın vaxtlarda Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Oleq İvaşenko əvəzləyə bilər. Qeyd olunur ki, Sırskinin işdən çıxarılması yayda Zelenskinin ofisində müzakirə edilib, lakin Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə müdaxiləsi səbəbindən qərar təxirə salınıb.
Materialda qeyd olunur ki, satınalmalarda asayişi bərpa edə bilməyən müdafiə naziri Rustem Umerov da vəzifəsini itirə bilər. Umerovu onun birinci müavini İvan Qavrilyuk əvəz edə bilər.
Gülayə Mecid