İsrail istiqamətində raketlər atılması özünümüdafiə xarakteri daşıyır.
"Unikal" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
"Biz rejimin hərbi mərkəzlərinə və təhlükəsizlik xidmətlərinə hücum etdik. Bu hücum özünümüdafiə idi, BMT Nizamnaməsinə əsaslanan qanuni müdafiə idi. Sionist rejim hücumlarını davam etdirməsə, biz davam etmək niyyətində deyilik. Əgər İsrail İrana qarşı başqa addımlar atsa, bizim hərəkətlərimiz daha sərt olacaq və biz mütləq cavab verəcəyik", - XİN rəhbəri bildirib.
Ağarza Elçinoğlu