İranın şimalında yerləşən Mazandaran vilayətinin Noşəhr rayonunda İŞİD terror qruplaşmasının 3 üzvü saxlanılıb.
"Unikal" xəbər verir ki, bunu İranın Noşəhr hüquq-mühafizə orqanının komandiri Əli Əkbər Dərvişi jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, İŞİD terror qruplaşmasının üzvləri Noşəhr rayonunda izdihamlı turist mərkəzlərindən birində terror aktı planlayıblarmış.