Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin (DSX) giziri Zəka Abdullayev Kür çayında balıq tutmağa gedərkən boğularaq ölüb.
"Unikal" Zəka Abdullayevin fotosunu əldə edib.
***
09:24
Kürdə balıq tutarkən boğulan şəxs DSX əməkdaşı olub.
"Unikal"ın məlumatına görə, hadisə ötən gün Kür çayının Şəmkir rayonunun Kür qəsəbəsindən keçən hissəsində baş verib.
Belə ki, Kürdə batan Kəlbəcər rayon sakini 1989-cu il təvəllüdlü Zəka Abdullayev DSX giziri olub.
Tural Əhmədov