Hazırda reper P.Diddy ilə qalmaqalda olan məşhur kanadalı müğənni Castin Biber narkotik asılılığından danışıb.
"Unikal" xəbər verir ki, bu barədə “Standard” nəşri yazıb.
30 yaşlı sənətçi əvvəllər narkotiklə bağlı ciddi problemləri olduğunu etiraf edib. Onun sözlərinə görə, şəxsi təhlükəsizlik işçisi hər axşam Biberin sağ olub-olmadığını yoxlayırmış.
"Ölüm kimi hiss edirdim, mühafizəçim nəbzimi yoxlamaq üçün hər axşam otağıma giridi, bu, həqiqətən də dəhşətlidir", - Biber ifadə edib.
O, narkomaniya günlərinin necə başladığını da xatırlayıb:
"Castin yuxudan oyanır və dərhal bir həb içir. Ancaq sonradan həyatımın dəyişdirməli olduğunu başa düşdüm. Bir dəfə dedim ki, Tanrı varsa, mən bunun öhdəsindən gələcəm. İlahi, mənə bu işin öhdəsindən gəlməyə kömək elə, qalanını mən edəcəm".
Castin hələ uşaq ikən məşhurlaşıb. Sonra bir musiqi meneceri YouTube-da onun videolarından birinə rast gəlib və onunla əməkdaşlıq etməyə başlayıb. Bir müddət sonra yeniyetmə Island Records rekord şirkəti ilə müqavilə imzalayıb.
Biberin ilk sinqlı "One Time" 2009-cu ildə çıxıb və dərhal Kanadanın ilk 10-luğuna daxil olub. Hazırda müğənni model Hailey Biber ilə evlidir. Bir oğlu var.
Gülayə Mecid