ABŞ-nin Miçiqan ştatında yaşayan Erik Kilburn qeyri-adi görünüşə görə Ginnesin Rekordlar Kitabına düşüb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 15 yaşlı oğlan qeyri-adi dərəcədə iri əlləri və ayaqları ilə görənləri heyrətə gətirir. Səlahiyyətlilər tərəfindən aparılan ölçmələrə görə, Kilburnun ayaqları 56-57 ayaqqabı ölçüsünə uyğundur və bu xüsusiyyətinə görə o, yalnız xüsusi hazırlanmış ayaqqabılar geyinə bilir.
Erikin əlləri də olduqca qeyri-adidir. 23,2 santimetr ölçü ilə ən böyük əllərə sahib olan Erik qeyri-adi görünüşünü ilk dəfə uşaq bağçasında görüb. Hələ yetkinlik mərhələsində olan Erik əllərində və ayaqlarında böyüməyə davam edir. Özü ilə yaşıdları arasında fərqi günü-gündən artıran gənc beşinci sinifdən bəri mağazadan ayaqqabı ala bilmədiyini və əlcək taxaraq həyatına davam etdiyini bildirib.