Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb. 74-BD-361 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobillə 69-CA-369 dövlət nömrə nişanlı "Opel" markalı maşın toqquşub.

Qəzada xəsarət alan 2 nəfər Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.