Azərbaycanın minifutbol üzrə U-23 yığması Xorvatiyanın Malıy Loşin şəhərində keçirilən dünya çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.
"Unikal" xəbər verir ki, milli Serbiya ilə üz-üzə gəlib. Görüş rəqibin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan millisi oktyabrın 8-də Hindistan, oktyabrın 9-da isə Çexiya ilə qarşılaşacaq.