Azərbaycanın apardığı müstəqil siyasət, Prezident İlham Əliyevin apardığı xalqın və dövlətin maraqlarını bütün dünya ölkələri qarşısında yüksək səviyyədə ləyaqətlə təmsil etməsi, xalqın haqqını kiməsə verməməsi çox adamları, dövlətləri narahat edir.
"Unikal" xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin iclasında çıxışı zamanı deyib.
O bildirib ki, bu dövlətlər Cənubi Qafqazda və digər bölgələrdə olduğu kimi yenidən müharibə alovunu dalğalandırmaq istəyir:
“Bunlardan biri də ABŞ-dir. Son 50 ildə ABŞ dünyada baş verən müharibələrdə ya dolayısı, ya da birbaşa iştirak edir. Bir çox ölkələrin daxili işlərinə qarışması, xırda-xırda dövlətləri yaradıb öz səfirləri vasitəsilə idarəetmə mexanizminə keçməsi Amerikanın birbaşa vəzifəsidir. Özünün insan hüquqları, demokratiya ilə Corc Vaşinqtonun yaratdığı prinsiplərdən kənara çəkilərək sırf işğalçılıq, qan tökmə siyasəti ilə məşğul olurlar. Tökülən qanların böyük hissəsinin məsuliyyəti də həmin dövlətin üzərinə düşür”.