Amerikanın Azərbaycan dövlətinə qarşı bitərəf və qərəzli fikirləri tamamilə qəbuledilməzdir.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Ziyafət Əsgərov parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu, ilk növbədə ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlikdir.
“Buradan həmin dövlət rəsmiləri və digərlərinə səslənirəm ki, Dağlıq Qarabağ adlı anlayış yoxdur, Qarabağ var və bu da tarixən Azərbaycan ərazisi olub, hər zaman da Azərbaycanın olacaq. Təəsüf ki, bu tip bəyanatlar ilk olaraq Azərbaycan və ABŞ arasında iki tərəfli və çox tərəfli formatlarda davam edən uzun müddətli münasibətləri zərbə altına alır”, - sədr müavini vurğulayıb.
O qeyd edib ki, ABŞ hökuməti Qarabağda beynəxalq humanitar və insan hüquqlarının iddia edilən pozuntuları nəzərdən keçirməklə Azərbaycan qarşı növbəti dəfə ikili standartlar nümayiş etdirərək öz saxta, iki üzlü riyakar mövqeyini ortaya qoyur: “ABŞ rəsmilərinin Azərbaycan əleyhinə səsləndirdiyi iddialar separatizmin və Ermənistan daxilində revanşist qüvvələrin təşviqindən başqa bir şey deyil”.