“Azərbaycanda sosial şəbəkələr haqqında qanunun qəbul edilməsinə ehtiyac yarandığını düşünürəm”.
"Unikal" xəbər verir ki, bunu deputat Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, sosial şəbəkələr ölkəmizdə cəngəllik qanunları ilə idarə olunur: “İctimai rəy sosial şəbəkələr vasitəsilə manipulyasiya edilməkdədir. Artıq bir neçə inkişaf etmiş ölkə bununla bağlı qanunlar qəbul edib. Biz də bu barədə düşünməliyik”.