Azərbaycanın yunan-Roma güləşçisi Kamran Rəcəbli Qazaxıstanın Çimkənd şəhərində keçirilmiş beynəlxalq turnirdə bürünc medal qazanıb.
Azərbaycan Güləş Federasiyasından "Unikal"a verilən məlumata görə, 72 kiloqram çəki dərəcəsində çıxış edən idmançı Akademik Mərdan Saparbayevin xatirəsinə təşkil olunmuş ənənəvi yarışda fərqlənib.
Qeyd edək ki, turnirdə Qazaxıstan, Azərbaycan, Rusiya, Özbəkistan, Qırğızıstan, Tacikistan və Çin güləşçiləri mübarizə aparıb. Azərbaycanın U-20 milli komandası yarışda məşqçi Akif Əliyevin rəhbərliyi altında 4 idmançı ilə təmsil olunub.