Cəlilabadda baş verən yol qəzasında xəsarət alanların sayı açıqlanıb.
TƏBİB-dən "Unikal"a bildirilib ki, bu gün saat 20:30 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə 2 nəfər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə hospitalizasiya olunub.
Onlardan 1962-ci il təvəllüdlü (kişi cinsli) şəxsə başın küt travması, alın nahiyəsinin sıyrılmış yarası, döş qəfəsinin sol yarısının küt travması, sağ əlin sıyrılmış yarası, 1973-cü il təvəllüdlü (qadın cinsli) şəxsə isə üzün küt travması, üst dodağın cırılmış yarası, sağ bazunun, saidin küt travması və qançırı diaqnozları təyin edilib.
Xəsarət alan şəxslərə zəruri tibbi yardımlar göstərilib. Hazırda vəziyyətləri kafi olaraq qiymətləndirilir.
***20:48
Cəlilabad rayonunda yol qəzası baş verib.
"Unikal" xəbər verir ki, hadisə Ələt - Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, minik avtomobilinin çaya düşməsi nəticəsində bir neçə nəfər xəsarət alıb.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.