Milli Məclisin deputatı Asif Əsgərov növbəti vətəndaş qəbulunu Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatı aparatının inzibati binasında keçirib. 

"Unikal" xəbər verir ki, deputat qəbul zamanı seçicilərin çoxsaylı müraciətlərini dinləyib. Bəzi məsələlər yerində həllini tapıb.

Qəbul zamanı vətəndaşlar tərəfindən edilən müraciətlərdən Milli Məclisin deputatının səlahiyyətləri çərçivəsində həlli mümkün məsələlərin yerində obyektiv araşdırılması və operativ həlli ilə bağlı aidiyyəti üzrə tapşırıq və tövsiyyələr verilib.