İran İslam Respublikasının Suriyadakı səfirliyinin əməkdaşı öldürülüb.

"Unikal" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai məlumat verib.

O bildirib ki, İranın Suriyadakı səfirliyinin əməkdaşı Davud Bitərəf Dəməşqdə avtomobilinə açılan atəş nəticəsində qətlə yetirilib.