Lənkəranda biri yeniyetmə olmaqla iki nəfər dəm qazından zəhərlənib.

"Unikal"ın məlumatına görə, dəm qazından zəhərlənmə hadisəsi Lənkəran rayonunun Boladi kəndində qeydə alınıb. 

Belə ki, kənd sakinləri 1965-ci il təvəllüdlü Nuriyyə Balağa qızı Əhədova və 2008-ci il təvəllüdlü F.Əhədova dəm qazından zəhərləniblər. Hər iki şəxs təcili olaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. 

Onlara zəruri ilkin tibbi xidmətlər göstərilib və müalicələri xəstəxanada davam etdirilir.

Xəlil Əliyev