Ekologiya və Təbii Sərvətlər Nazirliyində növbəti dəfə üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Əsəd Qurbanzadə ilə görüş keçirilib.

"Unikal" xəbər verir ki, görüşdə ölkədə liderlik keyfiyyətləri və idarəetmə bacarıqları yüksək olan şəxslərin dəstəklənməsi baxımından müsabiqənin əhəmiyyəti vurğulanıb. 

Mentorluq proqramı çərçivəsində görüləcək işlər, fərdi inkişaf planları müzakirə edilib.

Eyni zamanda, ölkəmizdə keçirilmiş  BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) və nəticələri ilə bağll fikir mübadiləsi aparılıb.

“Yüksəliş” müsabiqəsinin qalibi Əsəd Qurbanzadə birlikdə həyata keçiriləcək proqramın onun fərdi inkişafına mühüm töhfə verəcəyini ifadə edib.