Rusiya müharibə başlayandan bəri Ukrayna tərəfinin vurduğu zərərin qiymətləndirilməsi üzərində daim çalışır və bunun üçün kompensasiya tələb edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Kiyev rejiminin cinayətləri üzrə xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik "İzvestiya"ya bildirib.
"Bu məlumatları toplayan regional səviyyədə yaradılmış xüsusi xidmətlər var ki, onların bir çoxunda dövlət hesabına bərpa işləri aparılır, vəsait və digər mexanizmlər hesablanır, iqtisadiyyata və insanlara birbaşa olaraq hansı zərərin dəydiyini qeyd edən məlumat bazasına daxil edilir", - deyə diplomat əlavə edib.
Onun sözlərinə görə, Rusiya dəymiş zərərin ödənilməsinə imkan verəcək mexanizmlər axtaracaq. Lakin davam edən hərbi əməliyyatlar səbəbindən ümumi məbləğin adını çəkmək çətindir: "İrəlilədikcə törədilmiş cinayətlərin icraçıları ilə bağlı şərtləri və tələbləri formalaşdırmaq, həmçinin dəymiş ziyanın ödənilməsinin real mexanizmləri haqqında danışmaq mümkün olacaq".
Ağarza Elçinoğlu