Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəbdə ilk tədris günü başlayıb.

"Unikal" xəbər verir ki, ərazisi 2,7 hektar olan məktəbdə 40 sinif otağı və 5 inzibati otaq var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib.

Qeyd edək ki, 1876-cı ildən fəaliyyətə başlayan məktəb Ermənistanın işğalı nəticəsində viran edilmişdi.