"Özünü demokratiyanın beşiyi adlandıran ABŞ növbəti dəfə demokratiyadan, beynəlxalq hüquqdan çox-çox uzaq bir mövqe tutub. Azərbaycanı sanksiyalarla, hansısa təzyiqlərlə hədələmək xətti götürməsi isə Rəsmi Vaşinqtonun yanlış yolda olduğunu göstərir".
Bu fikirləri "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Asif Əsgərov deyib.
Millət vəkili bildirib ki, Azərbaycanın regionda söz sahibinə çevrilməsi, suverenlyini və ərazi bütövlüyünü təmin etməsi bəzi qüvvələri narahat edib. Onun sözlərinə görə, Amerika elə bir siyasət yürüdür ki, guya hamı o siyasətlə razılaşmalı, qəbul etməli, əks halda ona qarşı səlib yürüşünə keçir:
"ABŞ bir sıra dövlətlərə “ədalət və beynəlxalq hüquq” dərsi keçməyə çalışsa da, özü zaman-zaman bu prinsipləri pozub. Dövlətimizin başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, güclü iradə, xalq-iqtidar birliyi, xalqımızın əyilməz ruhu olan yerdə heç bir qüvvə, heç bir təşkilat bu iradənin qabağında dura bilməz. Azərbaycan xalqı da, lideri də milli maraqlarımıza uyğun bütün lazımi addımları atır və atacaq. Amerika və onun kimi sözdə demokratiyapərəst qüvvələr bizi hansısa sanksiya və təzyiq hədələri ilə yolumuzdan döndərə bilməz. Biz istənilən sanksiyalara qarşı mövqeyimizi qəti şəkildə ortaya qomuşuq və hesab edirik ki, bütün bunlar beynəlxalq hüquq prinsiplərinə ziddir. Hesab edirik ki, beynəlxalq ictimaiyyət də bu kimi məsələlərdə öz mövqeyini ortaya qoymalıdır".
Zaurə Əmirova