Bakının Zərifə Əliyeva küçəsində yeni avtobus zolağı çəkiləcək.
"Unikal" xəbər verir ki, bunu Azərbaycanda sərnişin mobilliyinin transformasiyası mövzusunda keçirilən tədbirdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev deyib.
"Şəhərin müxtəlif yerlərində olduğu kimi, Zərifə Əliyeva küçəsində də avtobus zolağının effektiv olacağını düşünürük. Bu barədə layihə artıq hazırdır", - deyə A.Rzayev qeyd edib.