Londondakı Təbiət Tarixi Muzeyi “İlin Vəhşi Təbiət Fotoqrafı” müsabiqəsinin qaliblərini elan edib.
"Unikal" xəbər verir ki, bu il müsabiqə 60-cı dəfə keçirilib. Fotoqraflar 117 ölkədən 59 228 əsər təqdim ediblər.
“İlin fotoqrafı” əsas kateqoriyasını “Həyat sürüsü” əsərində Vankuverdəki göldə qərb qurbağalarının yarpaqlarını tutan Yeni Zelandiyalı Şeyn Qross qazanıb.
“Təbii yaşayış yerlərində olan heyvanlar” kateqoriyasında rusiyalı İqor Metelski “Vaşaq sərhəddi” fotosu ilə yer tutub. O, Primorsk diyarının Lazovski rayonunda günəş altında uzanan vaşaqın fotosunu çəkib. Fotoqrafa çəkdiyi heyvanın sakit görüntüsünü əldə etmək üçün altı aydan çox vaxt lazım olub.
Gülayə Mecid