ABŞ prezidenti Co Bayden vitse-prezident Kamala Harrisə Demokratlardan Ağ Evə namizəd olaraq onu əvəz etdiyinə görə nifrət etməyə başlayıb.
"Unikal" xəbər verir ki, bunu keçmiş Amerika lideri və Respublikaçılar Partiyasının namizədi Donald Tramp Skranton şəhərində mitinqində deyib. Tədbir "X" sosial şəbəkəsində yayımlanıb.
"Ona əsəbiləşir, nifrət edir. Sual odur ki, o, mənə nifrət etdiyi qədər ona da nifrət edirmi? Bu, çevrilişdir. Onun üçün yarışı öz istəyi ilə tərk etdiyini söyləmək çətindir", - Tramp ifadə edib.
O, siyasi rəqibini fəal şəkildə tənqid etməsinə baxmayaraq, Baydenin Harrislə müqayisədə "olduqca yaxşı" göründüyünü söyləyib.
Gülayə Mecid