"İsrailin hərəkətləri Yaxın Şərqi fəlakətə sürükləyir".
"Unikal" xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi bu fikri "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.
Nazirin sözlərinə görə, Yaxın Şərq ölkələrinə indi onlar üçün çətin anları aradan qaldırmaq üçün bəsirət, müdriklik və cəsarət lazımdır.
Xatırladaq ki, ötən ilin oktyabrın 7-si Fələstinin radikal HƏMAS hərəkatı ilə İsrail arasında münaqişənin başlayıb. Bir il əvvəl minlərlə silahlı HƏMAS yaraqlısı Qəzza zolağından İsrailə daxil olub, dinc əhaliyə hücum edib və 200-dən çox insanı girov götürüb. Buna cavab olaraq İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. Quru əməliyyatı başladılıb,onun məqsədi girovların qaytarılması və HƏMAS-ın tamamilə məhv edilməsidir.
Tehranda HƏMAS lideri İsmayıl Haniyənin ölümündən sonra İranla İsrail arasında gərginlik yenidən artıb.
Gülayə Mecid