Gəncədə 3 avtomobil toqquşub.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin “Savxoz Nizami” adlanan ərazisində qeydə alınıb. Hərəkətdə olan “Opel” ilə “VAZ 21011” markalı minik maşınları toqquşub. Zərbənin təsirindən “VAZ" markalı minik maşını “QAZ” markalı yük avtomobilinə çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, Avtomobillərə ciddi ziyan dəyib.

Qeyd  edək ki, "QAZ 53” markalı yük avtomobili Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı və İstehsalat Birliyininə məxsusdur.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov