Fransada tüğyan edən və Paris bölgəsindən keçən "Kirk" qasırğası parlament binasına ziyan vurub.
"Unikal" xəbər verir ki, bu barədə "Le Monde" nəşri məlumat yayıb.
Bəzi fransalı deputatlar tavandan və divarlardan suyun axdığını əks etdirən fotolar paylaşıblar. Döşəmədə bir neçə santimetr su yığılıb.
Yanğınsöndürənlər hadisəyə müdaxilə edərək binada olanları təxliyyə ediblər. Deputatların əksəriyyətinin iş otağı, eləcə də iclas zalı su basmış binada yerləşir.
Ağarza Elçinoğlu