NATO-nun baş katibi Mark Rutte bildirib ki, Vladimir Zelenski və Böyük Britaniyanın baş naziri Key Starmerlə görüşdə tərəflər Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın dərinliklərinə zərbə endirməsinə icazə verilməsini müzakirə ediblər.
"Unikal" xəbər verir ki, bu barədə “European Truth” nəşri yazıb.
Rutte iki ölkənin liderləri ilə zərbələr məsələsini müzakirə etdiyini, lakin NATO-nun bu məsələdə mövqeyinin dəyişmədiyini vurğulayıb.
"Əlbəttə, biz bu haqda danışdıq: keçən həftə Kiyevdə bu gün bu haqda danışdıq, lakin yekun qərar hər bir konkret müttəfiqdən asılıdır", - deyib.
NATO baş katibinin sözlərinə görə, beynəlxalq hüquq nöqteyi-nəzərindən Ukrayna müvafiq icazə ala bilər, lakin bu məsələ Kiyevin müttəfiqləri tərəfindən ayrıca həll edilməlidir.
Gülayə Mecid